“Azərbaycan ordusu istənilən vaxt bir həmlə ilə düşməni darmadağın edə bilər

“Azərbaycan ordusu istənilən vaxt bir həmlə ilə düşməni darmadağın edə bilər"

Hazırda oxunan: “Azərbaycan ordusu istənilən vaxt bir həmlə ilə düşməni darmadağın edə bilər"

129970
“Azərbaycan ordusu geniş miqyaslı hərbi əməliyyatlar keçirmirdi, ordumuz Zakir Həsənovun son bəyanatlarında deyildiyi kimi düşmənin Azərbaycanın dinc əhalisini atəşə tutduğu nöqtələri darmadağın edib və həmin əraziləri nəzarətə götürüb. İndi Talış kəndi ətrafındakı yüksəkliklər bizim nəzarətimizə keçib, dinc əhali yaşayan yerlər ətəşə tutulsa, bu hal yenidən təkrar edilsə, ordumuz eyni qaydada əməliyyata başlayıb Lələtəpədən qabağı da azad edəcək”x9d. 

Bunu Moderator.az-a açıqlamasında Qarabağ müharibəsi veteranı, jurnalist Rey Kərimoğu Azərbaycan ordusunun hərbi əməliyyatları dayandırmasına münasibət bildirərkən deyib.

Rey Kərimoğlu ordumuzun bu cür taktiki gedişini təqdir etdiyini vurğulayıb: “İndi bütün dünya ayağa qalxıb ki, guya Azərbaycan ordusu hücum əməliyyatına başlayıb. Bunlar hamısı cəfəngiyyatdır, Azərbaycana qarşı təzyiq vasitəsidir, ələlxüsus da Rusiya tərəfindən. Gözlənilən idi ki, Rusiya bu formada mövqe nümayiş etdirəcəkdir. Onu da qeyd edim ki, aprelin ikisi gecə saat üçə qədər Azərbaycan ordusu dözdü, həmin gün ermənilər ağır artireliyalardan Ağdamın, Tərtərin bir çox kəndlərində dinc əhali yaşayan evləri vurdular. Azərbaycan ordusu da adekvat olaraq və haqlı da olaraq əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə həmin atəş nöqtələrini vurdular, dağıtdılar və nəzarətə götürdülər. Düşünürəm ki, çox düzgün ediblər və bunun davamı da olmalıdır, olacaqdır da. Bir daha xüsusilə vurğulamaq istəyirəm ki, aprelin üçündə Azərbaycan ordusu geniş miqyaslı hərbi əməliyyatlara başlamamışdı. Sadəcə olaraq düşməninn bir neçə atəş nöqtələrini susdurmaq üçün bir əməliyyat planı keçirdi və bu plan uğurla da başa çatdı. Düzdür, itkilərimiz də oldu, ancaq müharibədə hər şey olur. Hərbiçilər yaxşı bilir ki, hücum əməliyyatlarında itkilər birin dördə nisbətində hesablanır. Amma buna baxmayaraq ordumuzun əldə etdiyi nəticə normaldır. Allah Azərbaycanımızı qorusun! Allah şəhidlərimizə rəhmət eləsin!”x9d 

Müharibə veteranı daha sonra qeyd edib ki, Azərbaycan tərəfi hücum əməliyyatlarına başlayarsa, bu hücumlar antiterror əməliyyatları sayılacaq: “Bu məqamdan istifadə edib genişmiqyaslı hərbi əməliyyatlara da başlamaq olardı, ancaq görünür ki, ordu komandanlığının hələ başqa planları var, başqa məsələlər nəzərdə tutulur. Düşünürəm ki, Azərbaycan ordusu bu çevikliklə, bu güclə istənilən vaxt bir həmlə ilə düşmənin istənilən mövqeyini darmadağın edib nəzarət altına keçirə bilər. İki saatlıq əməliyyat müddətində bir belə ərazi nəzarətə götürülüb. Ona da fikir vermək lazımdır ki, hadisələr başlayan vaxtı Ali Baş Komandanımız ölkədə yox idi, bu da onu göstərir ki, bu, planlı hücum deyildi. Əgər bizdə hücum əməliyyatları olacaqsa da bu, antiterror əməliyyatları olacaq. Çünki Dağlıq Qarabağda separatçı rejim Azərbaycanın ərazilərini 20 ildən artıqdır nəzarətdə saxlayır. Ordumuz da çox böyük üstünlüklə düşmənin cavabını verib torpaqlarımızı işğaldan azad edəcək”x9d. 

Jurnalist deyib ki, Azərbaycan tərəfinin birtərəfli qaydada atəşi dayandırmasına görə əsla ruhdan düşmək lazım deyil: "Bəzi adamlar elə başa düşür ki, bu, genişmiqyaslı hücumlardır, amma elə deyildi, bu, sırf düşmənin atəş nöqtələrinin susdurulması idi. Günü sabah ermənilər bizim dinc əhalimizi atəşə tutsa Azərbaycan ordusu yenidən bu formada davranacaq, həmin mövqelər dağıdılıb nəzrətə götürüləcək. Və ermənilər bunu bilsinlər!”x9d

Rumiyyə 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO