"Elman Rüstəmovun dediyi düz olacaq"

Hazırda oxunan: "Elman Rüstəmovun dediyi düz olacaq"

123639
“Hesab edirəm ki, bu yaxınlarda növbəti devalvasiya olmayacaq. Əgər reformalar nəticə verərsə, yeni reformalar, tədbirlər planı hazırlanarsa növbəti devalvasiyanın qarşısını almaq olacaq”x9d.xa0

Bunu Moderator.az-a açıqlamasında keçmiş millət vəkili, iqtisadçı ekspert Əli Əlirzayev növbəti devalvasiyanın baş verəcəyi ilə bağlı yaranmış xəbərlərə münasibət bildirərkən deyib.
Ə.Əlirzayev Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun yayılan şaiyələrin əsassız olduğu fikri ilə də razılaşıb: xa0“Dünyada gedən proseslər, baş verənlər təsir etməzsə Elman Rüstəmovun dediyi düz olacaq. Xüsusi adamlar var ki, növbəti devalvasiyanın olacağı ilə bağlı şayiələr yayır. Bu da əhali arasında ajiotaj yaradır. Hazırda dollardan çox manata ehtiyac var, indi dollardan istifadə edənlərin sayı azalıb. Manata ehtiyac olan haldadolların qiyməti qalxmamalıdır. Əksinə dolların qiymətini bir qədər də aşağı salmaq lazımdır”x9d.xa0

Qeyd edək ki, bəzi iqtisadçı ekspertlər tərəfindən Novruz bayramı ərəfəsində növbəti devalvasiya olacağı barədə xəbərlər yayılıb.

Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO