Azərbaycanda fəaliyyət göstərən hüquqşünaslar tərəfindən son günlərin aktual probleminə çevrilmiş “Bank-Vətəndaş ”x9d münasibətləri ilə bağlı ikinci dəyirmi masa keçirilib.
Hüquqşünaslar Əkrəm Həsənov, Nicat Gözəlov
və Tural Musayevin təşkilatçılığı ilə baş tutan tədbirdə hüquqşünaslar Ellada
Bayramova, Aynurə Gözəlova, Araz Əsədli, Emil Vəliyev, Emil Aslanov, Nemət
Ağalarov, Ayxan Eyvazlı, Seymur Kərimov, Hafiz Nəcəfov, Zaur Əkbərov və digərləri
iştirak ediblər.
Hüquqşünaslar devalvasiyadan sonrakı problemlər, hüquqi yollar, bankların
kredit münasibətlərində olduqları vətəndaşlara qarşı yönəlmiş qanunsuz hərəkətlərinin
qarşısının hüquqi yolla alınması, qanunvericiliyə zidd müqavilələrin mübahisələndirilməsi
və tətbiq edilməli normalar və s. suallar ətrafında müzakirə aparıblar. Sonda gəlinən nəticə
belə olub ki, vətəndaş kredit məbləğini ödəyə bilmirsə, bu o demək deyil ki,
onun hüquqi çıxış yolu yoxdur. Hüquqşünaslar bununla bağlı müraciət də
ünvanladı. Kredit ödənişi və bankla bağlı digər çətin məqamlar yaranarsa, vətəndaşların
mütləq hüquqşünaslara müraciət etmələri tövsiyə olundu.
Hüquqşünas Nicat Gözəlov femida.az-a açıqlamasında bunları bildirdi:
“Bank sektorunda baş verənlər heç bir halda vətəndaşın ümidlərinin sona çatması
deyil. Hüquq-mühafizə orqanlarının rəhbərlərinin banklara xəbərdarlıqlarından
sonra bank əməkdaşlarının vətəndaşlara qarşı qanunsuz hərəkətlərinə son
qoyulub. Nəticədə intiharlar, intihara cəhd və bu kimi xəbərlərə az rast gəlməyə
başlamışıq ki, buna görə onlara təşəkkürümüzü bildiririk. Məhkəmələrin də son 1
ayda bankların iddialarına və iddiaların təmin tədbiri barədə ərizələrinə
baxılması zamanı daha çox tələbkarlıq nümayiş etdirmələri sevindirici haldır və
məhkəmə çəkişməsinin bərabərliyi prinsipinin təmin olunacağına ümidlərimizi
artırıb. Bununla belə, kredit borcunu ödəyə bilməyən vətəndaşlara münasibətdə
bir-neçə bankın əməkdaşları və kollektorlar qanuna zidd hərəkətlərini davam
etdirirlər. Bizim də dəyirmi masanı təşkil etməyimizdə məqsədimiz insanlara
hüquqi yardım məsələsində hansı addımların atılmasını müzakirə etməkdir. Artıq
bununla bağlı müəyyən nəticələrə də gəlmişik. Vətəndaşlara müraciət edirəm ki,
yaranmış vəziyyətdən hüquqi yollarla və qanunların verdiyi imkanlar hesabına
çıxmaq lazımdır. Qanunvericiliyin icazə verdiyi hüquqi müdafiə üsulları və
vasitələrimiz var. Azərbaycanda da bu vasitələr tükənməmişdir. Banklarla
problemləri olan vətəndaşlar hüquqşünaslara müraciət etsinlər”x9d.





































































































