“Türkiyə terrorun axırına çıxacaq”x9d

“Türkiyə terrorun axırına çıxacaq”x9d

Hazırda oxunan: “Türkiyə terrorun axırına çıxacaq”x9d

113870

2015-ci il başa çatmaq üzrədir. Maraqlıdır, başa çatmaqda olan bu ili Türkiyənin PKK ilə mübarizəsi baxımından nə dərəcədə uğurlu hesab etmək olar? 2016-cı ildə PKK təhlükəsi cari ildən daha çox, yoxsa daha az olacaq?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli Türkiyənin 2015-ci ildə PKK-ya qarşı apardığı mübarizənin təqdirəlayiq oluğunu bildirib:

“Türkiyə tarixində 2015-ci il terrorla mübarizə baxımından xüsusi yer tutur. Belə ki,Türkiyə Cümhuriyyəti dövləti həm ölkə içində, həm ölkə xaricində terrora qarşı intensiv və effektli mübarizə apardı.1980-ci illərdən bu yana ilk dəfə olaraq Türkiyənin dağları terrorçulardan təmizləndi, şəhərlərdə isə təmizlik işləri davam etdirilir. Dövlət qərarlıdır ”“ terrorun kökü kəsiləcək. Dövlətin işini çətinləşdirən odur ki, terrorçular sadəcə silahlılardan ibarət deyil, siyasi qanadı da var. HDB-nin eşbaşqanlarının, millət vəkillərinin danışıqları PKK-ya açıq dəstək mahiyyətindədir. Ancaq bu dövlət qoca dövlətdir ”“ arxasında kimlərin olmasından asılı olmayaraq terrorun axırına çıxacaq.

Sevindirici hal odur ki, artıq kürdlər başa düşür ki, PKK-HDP-nin davası kürd davası deyil. Kürd xalqı artıq terroru lənətləməyə başlayıb. Bu da terrorun sonuna çıxmada əsas şərtlərdən biridir.

2016-cı il Türkiyə üçün terrorun hər cürünün kökünə balta vurmaqda həlledici iş olacaq. Həm siyasi, həm silahlı terror ölümcül zərbə alacaq”x9d.

A.Səmədbəyli qarşıdakı bayram münasibəti ilə də Azərbaycan xalqına öz təbrikini çatdırıb:

“Güneyli-Quzeyli bütün həmvətənlərimizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir. Tanrıdan ən qısa zamanda bütövləşməmizə fürsət verməsini diləyirəm. 2016-cı il bütün millətimizin bəlalardan və işğaldan qurtuluş ili olsun”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO