Türkiyədən Ukrayna savaşına son qoymaq üçün yeni təklif:

Türkiyədən Ukrayna savaşına son qoymaq üçün yeni təklif: "Əsas odur ki, qan tökülməsin..."

Hazırda oxunan: Türkiyədən Ukrayna savaşına son qoymaq üçün yeni təklif: "Əsas odur ki, qan tökülməsin..."

629682
"Gəlin, Ukraynada 3-5 illik sülh danışıqları variantı üzərində dayanaq, əsas odur ki, qan tökülməsin..."
 
"Düşmən Ukraynanı məhv etmək məqsədindən imtina etməyib, ona görə də sülh təşəbbüsləri məqsədəuyğun deyil..."
 
Türkiyə müharibəyə son qoymaq üçün Ukraynaya çoxillik danışıqlar təklif edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın "Anadolu" agentliyinə müsahibəsində bəyan edib.
 
O, hesab edir ki, bu, qan tökülməsinin qarşısını almağa kömək edəcək. O, Ukraynada müharibəni 3-5 illik danışıqlar yolu ilə dayandırmağı təklif edib.
 
Bundan öncə danışıqların bərpası barədə Türkiyənin Xarici İşlər Nazirliyi çıxış edib.
 
"Müharibəni davam etdirmək əvəzinə, gəlin, 3-5 illik sülh danışıqları variantı üzərində dayanaq. Əsas odur ki, qan tökülməsi dayandırılsın. Gəlin, indiki şəraitdə dialoqun irəli aparılması imkanlarını müzakirə edək", - Kalın deyib.
 
O, beynəlxalq birliyə və bilavasitə Qərb ölkələrinə müraciət edərək, "müharibəyə deyil, sülhə stavka etməyə" çağırış edib.
 
"Gəlin, Ukraynada müharibənin dayandırılması üçün maksimum səylər göstərək.
 
Bu müharibənin davam etdirilməsi və onun genişlənməsi qlobal bədbəxtlik gətirə bilər. Bu müharibəni dayandırmaq və diplomatiyaya üstünlük vermək vacibdir.
 
Tərəfləri danışıqlar masası arxasında əyləşdirmək üçün səylər göstərmək lazımdır. Müharibəyə deyil, sülhə stavka etmək lazımdır!", - Ərdoğanın mətbuat katibi əlavə edib.
 
O, həmçinin bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı törətdiyi qəsbkarlıq müharibəsini təkcə iki ölkə arasında müharibə kimi qəbul etmək olmaz. Onun fikrincə, bu, Rusiyanın Qərblə qarşıdurmasıdır.
 
Rusiya ilə danışıqlar-Ukraynanın mövqeyi
 
Bu ərəfədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Qərb nəşrlərinin birində dərc edilən məqaləsində vurğulayıb ki, Rusiya müharibəyə son qoyulması barədə istəyini ifadə edə bilər, lakin onun hərəkətləri bunun əksini göstərir.
 
O, deyib ki, Ukraynaya sülh danışıqlarına çağırış edənlər bu faktı diqqətdən qaçırırlar ki, Rusiya nə vicdanlı danışıqlara, nə də döyüş əməliyyatlarının dayandırılmasına gerçək maraq göstərməyib.
 
Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov həmçinin vurğulayıb ki, düşmən Ukraynanı məhv etmək məqsədindən imtina etməyib, ona görə də sülh təşəbbüsləri məqsədəuyğun deyil.
 
Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, danışıqların başlanmasının şərti Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmasıdır.
 
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, tərəfdaşları Moskva ilə danışıqlar barədə Kiyevə təzyiq göstərmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO