“Bu gün aparıcılar Azərbaycan dilini korlayırlar, cümlə quruluşları tamamilə səhvdir və əksər cümlələri yanlış tələffüz edirlər. Şoumenə gəldikdə isə, Azərbaycanda şoumen yoxdur”.
Bu sözləri Moderator.az-a açıqlamasında Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilicanzadə deyib.
Onun sözlərinə görə, şoumenlik sənətdir, onun üçün gərək yollar keçəsən, illərini həsr edəsən: “Yəni, əvvəlcə konfransiya olasan ki, konfransiyadan sonra şoumen olasan. Yəni aparıcı, konfransiya və şoumen... Bu, inkişaf modelidir. Elə bil ki, mayor, polkovnik, general...”
“Şou-biznesə gəlincə, şou-biznes indi bazar olub. Kim nə istəyir onu edir, kim necə istəyir oxuyur. Fikir verən də yoxdur ki, düzgündür, yoxsa yanlış? Hətta, muğam oxuyanlar belə, qəzəlləri düz oxumur, vəznlər pozulur. Hər şey çox pis vəziyyətdədir”- deyə, şoumen vurğulayıb.
Əlilicanzadə gileylənib ki, onun danışmağıyla düzələn heç nə olmayacaq: “Sadəcə kənardan baxıb təəssüflənirik ki, Azərbaycan incəsənəti belə güdaza gedir”.
Mərahim Nəsib











































































































