3 ay əvvəl Azərbaycanda Səhiyyənin Təminat Mərkəzi yaradıldı. Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumun hansı məqsədlə və məşğuliyyətinin nədən ibarət olduğu hələ də açıqlanmır.
Qeyd edək ki, Qurumun saxlanılması xərcləri 2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində nazirlik üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirilir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, yaradılan hər bir qurumun istər ayrıca, istərsə də həmin strukturun tərkibində olan bir substrukturu şəklində təyinatı olmalıdır:
“Bunlar bəzən idarəçiliyin optimallaşdırılması zərurətindən yaradılır. Səhiyyənin Təminat Mərkəzi adlı qurumla bağlı isə birmənalı nəsə demək mümkün deyil.
Çünki ortada rəsmi açıqlama yoxdur. Əgər təminat mərkəzindən söhbət gedirsə və bu qurum ayrı-ayrı tibb müəssisələrində təminat-təchizat işlərinə baxacaqsa, bu, artıq təyinatdır.
Səhiyyə Nazirliyi üçün əlavə maliyyə mənbələrinin tapılması dünyanın hər yerində, xüsusilə ABŞ-da səhiyyə və icbari tibbi sığortanın fondunun büdcəsi federal büdcəsən yüksəkdir. Bu onu göstərir ki, həm də fondlardan və müxtəlif mənbələrdən səhiyyə, eləcə də icbari tibbi sığorta fonduna məbləğlər ödənilir. Ola bilər bu, əlavə mənbələr üçün yaradılıb.
Hər halda konkret nəsə demək çətindir.
Çünki rəsmi qurum bu mərkəzin təyinatını, yaradılma məqsədini, fəaliyyət istiqamətini ictimai nəzarətin təmin olunması baxımından açıqlamalıdır. Hər halda nazirlik özü buna aydınlıq gətirsə, yaxşı olar”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
COP29
17:30 / 02.06.2023
3 ay əvvəl yaradılan Səhiyyənin Təminat Mərkəzi nə iş GÖRÜR? – DETALLAR
Hazırda oxunan: 3 ay əvvəl yaradılan Səhiyyənin Təminat Mərkəzi nə iş GÖRÜR? – DETALLAR
Hazırda oxunan: 3 ay əvvəl yaradılan Səhiyyənin Təminat Mərkəzi nə iş GÖRÜR? – DETALLAR
139353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.