Yazıçı Mənzərə Sadıqovanın əsərlərini təhlil edən monoqrafiya

Yazıçı Mənzərə Sadıqovanın əsərlərini təhlil edən monoqrafiya

Hazırda oxunan: Yazıçı Mənzərə Sadıqovanın əsərlərini təhlil edən monoqrafiya

129202
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Hikmət Məlikzadənin müəllifi olduğu “Mənzərə Sadıqovanın yaradıcılığında insan-cəmiyyət-zaman münasibətləri”x9d monoqrafiyası “Elm və təhsil”x9d nəşriyyatında nəfis tərtibatda çapdan çıxıb.

Kitabda filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Mənzərə Sadıqovanın “YaşaM”x9d və “Qadınlar və kişilər”x9d əsərləri təhlil olunur. Nəşrdə M.Sadıqovanın fəlsəfi görüşlərindən, sənətkarlıq xüsusiyyətlərindən bəhs edilir, müasirlərimizin mənəvi aləmini insan-cəmiyyət-zaman kontekstində işıqlandırmaq manerasından söhbət açılır.

Nəşrin elmi redaktoru filologiya elmlər doktoru, professor Şirindil Alışanlı, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, nəşriyyat redaktoru Məlahət Əsədovadır.
Kitaba yazılmış “Giriş”x9ddə M.Sadıqovanın yaradıcılığından söz açılır. Bildirilir ki, insanın yaşayış tərzinin ümumiləşdirilməsi üsulu Mənzərə Sadıqova yaradıcılığının ən səciyyəvi məziyyətlərindən biridir. Onun 30 illik yaradıcılığının bəhrəsi olan “YaşaM”x9d kitabında bu ümumiləşdirmənin publisistik çalarını, ictimai dəyərini rəngarəng duyğularla sezmək mümkündür. Kitabda, həmçinin insanın həyat qayəsi tam olaraq yəqinləşir, onun davranışındakı psixoloji durum müxtəlifliyinin bədii təsdiqini görürük. Müəllifin istedadlı publisistin zaman anlayışını sıx-sıx mənalandırması təsadüfi deyildir. Publisistik təfəkkürümüzün incəliklərinə varan “YaşaM”x9ddakı məqalələrdə epizodlar lakonikdir, obrazlıdır, mükəmməldir və bütün bu xüsusiyyətləri ilə bədii bir məcraya yönəlir. M.Sadıqovanın çoxşaxəli yaradıcılığında yol və səmt müxtəlifdir, amma mahiyyətlə son məqam eynidir.

“Nəticə”x9ddə müəllif bir daha vurğulayır ki, “Mənzərə xanımın yazıçı-publisist yanaşmasında fikrə münasibət qabarıq, həyat izharlarına baxış çoxanlamlıdır, hətta bu yanaşma nəsr-publisistika qatlarında ədəbi-tektonik təsirlər də yaradır, oxucuda obrazların həyat və məkan əhatəsi haqda geniş təsəvvür oyadır. Yeni ədəbi nəsil Mənzərə Sadıqovanın əsərlərinin timsalında bədii yaradıcılığın problemlərini izləyir. Çünki onun fikir təqdimetmə əhatəsində konkret və real ədəbi fikirlər cəm olubdur, həmin fikirlər özlərinin bədii genişliyi, ictimai əhatəsi və fəlsəfi dərinliyi ilə diqqət çəkir, eyni zamanda özündə modern münasibətlər ehtiva edir. Adi bir məkan kultunu struktur-semantik xüsusiyyətləri ilə birlikdə dərk etməyə səy göstərməsi, izlənən, diqqətçəkən fikirlərin sərhədinə bədii keçid etməsi Mənzərə xanımın  yaradıcılıq uğurudur və bu, gələcək ədəbi əhatə üçün çox vacibdir. Eləcə də, yeni ədəbi nəslin bu çevrədə mövqe  formalaşdırması ədəbiyyatımızın qazancıdır”x9d.

“Mənzərə Sadıqovanın fəlsəfi yanaşmasında ədəbi hiss və həyat təzahürü”x9d, “Şəxsiyyətin “YaşaM”x9d gerçəkliyi”x9d, “Publisistik məharətin hüdudsuzluğu”x9d, “Müasir ədəbi prosesdə M.Sadıqovanın yeri”x9d, “Millilik və bəşərilik, düşüncədəki miqyas qloballığı”x9d və digər sərlövhəli yazıların yer aldığı 160 səhifəlik bu monoqrafiya ədəbiyyatşünaslar, bakalavr və magistrlər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO