Tacikistan və Qırğızıstan arasında protokol İMZALANDI

Tacikistan və Qırğızıstan arasında protokol İMZALANDI

Hazırda oxunan: Tacikistan və Qırğızıstan arasında protokol İMZALANDI

94674

Tacikistan və Qırğızıstan arasında qoşunların sərhəddən çıxarılmasına dair protokol imzalanıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Suqd vilayəti sədrinin mətbuat xidməti məlumat yayıb.

Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin (MTDK) sədri Saymumin Yatimov və Kamçıbek Taşiyev arasında “Güliston” sərhəd-keçid məntəqəsində görüş keçirilib. Görüş zamanı hüquq-mühafizə orqanlarının rəhbərləri Tacikistan və Qırğızıstanın sərhədyanı rayonlarında sabitliyin təmin olunması məsələlərini müzakirə ediblər.
Görüşün sonunda tərəflər hərbi qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər.

Bildirilib ki, sənədə əsasən əlavə hərbi qüvvələr və hərbi texnika daimi dislokasiya yerlərinə qaytarılacaq və sakinlərin təhlükəsizliyi təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO