Rusiya XİN-dən Ermənistana verilən nota ilə bağlı AÇIQLAMA: “Cavab gözləyirik\

Rusiya XİN-dən Ermənistana verilən nota ilə bağlı AÇIQLAMA: “Cavab gözləyirik\"

Hazırda oxunan: Rusiya XİN-dən Ermənistana verilən nota ilə bağlı AÇIQLAMA: “Cavab gözləyirik\"
89297
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Xarici İşlər Nazirliyi “Surmalu” ticarət mərkəzində baş verən partlayışla bağlı Ermənistan XİN-ə göndərilən notaya cavab gözləyir.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib.

Xatırladaq ki, Rusiyanın Ermənistandakı səfirliyi avqustun 14-də “Surmalu” ticarət mərkəzində baş vermiş faciədə Rusiya strukturlarının ittiham olunduğu yazılarla bağlı Xarici İşlər Nazirliyinə nota göndərib. 
“Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan və bu cür “proseslər”in arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar, o cümlədən zəruri ictimai şərhlər gözləyirik”, - Rusiya səfirliyindən bildiriblər.

Neçayev qeyd edib ki, bu gün Rusiya Federasiyasının müvəqqəti işlər vəkili ilə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi arasında konstruktiv söhbət baş tutub. 

"Biz cavab gözləyirik" deyə o yekunlaşdırıb.

Xatırladaq ki, Surmalu ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər ölüb, iki nəfər itkin düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO