16 il sonra bir ilk reallaşır

16 il sonra bir ilk reallaşır

Hazırda oxunan: 16 il sonra bir ilk reallaşır

85644

Moderator.az-ın verdiyi xəbərə görə, Baş nazir və AKP Ümumi Başçısı Əhməd Davudoğlu, bu saatlarda koalisiya danışıqları üçün CHP Ümumi Mərkəzindədir.

Türkiyədə 16 il sonra ilk dəfə hökumət qurulması üçün koalisiya danışıqları reallaşdırılır.

18 aprel 1999-cu ilin ümumi seçkilərində, 1-ci partiya olaraq çıxan DSP-nin tək başına hökumət qura biləcək çoxluğa sahib ola bilməməsi, koalisiya qurma zəruriliyini ortaya çıxarmışdı.

Seçkilərdə 136 deputat ilə ən çox vəkil çıxaran DSP-nin Ümumi Başçısı Bülent Ecevit 3 may 1999-cu ildə prezidentdən hökuməti qurma vəzifəsini aldıqdan sonra, 129 deputat çıxaran MHP və 86 deputata sahib olan ANAP ilə danışıqlara getmişdi. 28 may 1999-cu il tarixində imzalanan koalisiya protokolu sonrasında qurulan 57-ci Hökumət, 9 iyun 1999-cu il tarixində TBMM-dən səs almışdı.

Davudoğlu daha əvvəl də Xarici İşlər Nazirliyi dövründə, CHP Ümumi Mərkəzinə gələrək Kılıçdaroğlu ilə görüşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO