Türkiyədə dünən “Gay Pride”x9d adı altında lezbiyan, gay, biseksual və transseksualların (LGBT) qatıldığı yürüş keçirilib.
Moderator.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstiqlal prospektində başlayıb Taksim meydanı və Gezi parkında davam edən yürüş polisin sərt müdaxiləsi ilə dağıdılıb. Polisin bibər qazı və su şırnağından istifadəsi nəticəsində 2 nəfər yaralanıb.
Türkiyədə yaşananlar məşhur müğənni Ledi Qaqanın da diqqətini çəkib. O Tvitter hesabında “İstanbul? Bu “liderlər”x9d kimdir? Bayram edən məsum, xoşbəxt insanlara hücumu dayandırın. Bu dəlilikdir, insanlıqdan kənardır”x9d fikirlərini paylaşıb.











































































































