Almaniyada ərzaq kəskin BAHALAŞDI

Almaniyada ərzaq kəskin BAHALAŞDI

Hazırda oxunan: Almaniyada ərzaq kəskin BAHALAŞDI

78708

Avropanı, xüsusən də Almaniyanı cənginə alan yüksək inflyasiya praktik olaraq bütün adda ərzaq məhsullarının qiymətinin artması ilə nəticələnib. İndi bunu hətta endirimdə olan malların satıldığı mağazalarda da hiss etmək mümkündür.

Bizim.Media xəbər verir ki, “Aldi” endirimli mağazalar şəbəkəsi bir neçə həftə bundan əvvəl bir çox ərzağın qiymətinin bahalaşması barədə niyyətini açıqlayıb. Bu, ilk növbədə, ət-süd məhsullarına aid edilib.

Adıçəkilən ticarət şəbəkəsi bu sahənin meyarı hesab olunur. Əgər burada qiymətlər artırılırsa, bir qayda olaraq, digərləri də geri qalmır, inflyasiyanın vurduğu ziyanın əvəzini çıxmaq istəyirlər.
Martın sonunda “Aldi”nin piştaxtalarında yerli ticarət markasına məxsus 50 adda məhsul alınıb.
Sonra mayın 19-da elə həmin adda ərzaqların alınmasına qərar verilib. İki ay fərqlə qiymətlərin təhlili əhəmiyyətli artım nümayiş etdirib.

Ən çox bahalaşma kərə yağında müəyyən edilib: bu məhsulun qiyməti 2,29 avrodan 2,99 avroya yüksəlib, yəni 30,57 faiz artıb.

İkinci yerdə 130 qramlıq qablaşdırmada dilimlənmiş salyamidir: bu ərzağın qiyməti 1,39 avrodan 1,79 avroya yüksəlib, yəni 28,78 faiz artıb. Klassik (500 millilitrlik) şampunun qiyməti 0,75 avrodan 0,95 avroya yüksəlib (26,67 faiz artım).

80 qramlıq qablaşdırmada olan vetçinanın qiyməti 1,19 avrodan 1,49 avroya artıb (25,21 faiz bahalaşma).

300 qramlıq qablaşdırmada orta tutumlu “qaudu” pendirinin qiymətində artım 25,13 faiz təşkil edərək, mart ayındakı 1,99 avrodan 2,49 avroya qalxıb.

İçalat kolbasası may ayında təqribən 18 faiz bahalaşıb: 175 qramlıq qablaşmada bu məhsul indi 1,29 avroya (mart ayında 1,09 avro) satılır.

500 qramlıq qablaşdırmada yulaf lopası əvvəlki 0,59 avro əvəzinə 0,69 avroya satılır (17 faiz artım).

200 qramlıq qablaşdırmada qaymaq 69 sentdən 79 sentə bahalaşaraq, artım 14,49 faiz təşkil edib. Portağal suyunun litri 14,39 faiz bahalaşaraq, 1,39 avrodan 1,59 avroya yüksəlib.
Endirimli mağazalarda bu qədər aşkar hiss olunan artımdan sonra adi supermarketlər də qiymətləri artırıblar. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO