Misirdə 11 futbol azərkeşinə ölüm hökmü verildi

Misirdə 11 futbol azərkeşinə ölüm hökmü verildi

Hazırda oxunan: Misirdə 11 futbol azərkeşinə ölüm hökmü verildi

75685
Onlar meydançaya daxil olaraq futbolçuları döyməyə başlayıblar.

Misir məhkəməsi Port-Said stadionunda kütləvi davada iştirak etmiş 11 futbol xuliqanına ölüm hökmü çıxarıb. 

Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir. Son qərarı mayın 30-da Misirin ali müftisi Şauki Allam verəcək.

Sonra isə məhkəmə bu işdə təqsirli bilinən daha 63 nəfərin işinə baxacaq. Onların arasında təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı da var.

Xatırladaq ki, hadisə 2012-ci ilinfevral ayında Port-Said stadionunda baş verib. Azərkeşlər meydançaya daxil olaraq “Əl-Məsri”x9d komandasına uduzan Qahirənin “Əl-Əxli”x9d klubunun futbolçularını döyməyə başlayıblar. Kütləvi dava və sonraki basabas nəticəsində 74 nəfər ölmüşdür, minlərlə insan xəsarət almışdır.

Dava zamanı stadionda 500-ə yaxın təhlükəsizlik qüvvələrinin əməkdaşı olsada, onlar heç bir tədbir görməyiblər.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO