ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ-da fövqəladə vəziyyət elan edildi

Hazırda oxunan: ABŞ-da fövqəladə vəziyyət elan edildi

74302
Amerika Birləşmiş Ştatlarının Kentukki ştatında daşqın həyatı iflic edib. 

ANS PRESS-in məlumatına görə, Kentukki ştatının qubernatoru Stiv Beşir leysan yağış və daşqınlarla əlaqədar ştatda fövqəladə vəziyyət rejimi elan edib. Təbii fəlakət nəticəsində Kentukkidə 2 qadın həyatını itirib. 

Fövqəladə vəziyyət rejiminin tətbiqi təbii fəlakət zonasında polis, hərbçilər, yanğınsöndürənlər və könüllülərin iştirakı ilə xilasetmə tədbirləri həyata keçirilir. 

Ən çox ziyan ştatın Luisville şəhərinə dəyib. Burada 16 santimetr hündürlüyündə yağıntı düşüb. Şəhərin əsas yolu bağlanıb, yollarda qalan 160 nəfər xilas edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO