"Orel i Reşka"nın aparıcısının Rusiyaya girişi qadağan edildi

Hazırda oxunan: "Orel i Reşka"nın aparıcısının Rusiyaya girişi qadağan edildi

70556

Bloger və "Orel i Reşka"ın aparıcısı Anton Ptuşkinin Rusiyaya girişi qadağan edilib.  

Bizim.Media xəbər verir ki, müharibə əleyhinə çağırışları və Rusiyanın Ukraynadakı hərəkətlərini tənqid etdiyinə görə, səyahət blogerinin Rusiya Federasiyası ərazisinə səfərinə artıq icazə verilmir.

“Baza” nəşrinin məlumatına görə, məşhur səyahət proqramının keçmiş aparıcısı üçün giriş qadağası 16 aprel 2022-ci ildən 2072-ci ilə qədər etibarlıdır.

Əslində bunu ömürlük hesab etmək olar, çünki müddətin sonunda Antonun artıq 88 yaşı tamam olacaq.

Daha əvvəl media pop ulduzlar Svetlana Loboda, Maks Barskix və Verka Serdyuçka da daxil olmaqla daha 20-yə yaxın ukraynalı məşhurun “giriş qadağası” siyahısına daxil edildiyini dərc etmişdi.  
Hələlik isə bunun rəsmi təsdiqi yoxdur.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO