Çin səfirliyindən İsrail rəsmilərinə göndərilən hədiyyələrdə dinləmə cihazı tapıldı

Çin səfirliyindən İsrail rəsmilərinə göndərilən hədiyyələrdə dinləmə cihazı tapıldı

Hazırda oxunan: Çin səfirliyindən İsrail rəsmilərinə göndərilən hədiyyələrdə dinləmə cihazı tapıldı

69260

Çinin İsraildəki səfirliyi tərəfindən ölkənin hökumət üzvlərinə hədiyyə edilən termoslarda şübhəli detal aşkar olunub.

Bizim.Media “The Jerusalem Post”a istinadən xəbər verir ki, sözügedən detal dinləmə cihazı ola bilər. 

Bildirilib ki, hazırda İsrailin Təhlükəsizlik Agentliyi (Shin Bet) məsələ ilə bağlı araşdırma aparır.

Şübhələr barədə ilk dəfə Ordu Radiosunun diplomatik müxbiri Moriah Asraf-Walberg məlumat verib. 

Çin səfirliyi isə öz növbəsində insidenti “əsassız şayiə” adlandırıb və bildirib ki, bu şayiələr İsrail-Çin münasibətlərini korlamağa çalışan qüvvələr tərəfindən yayılıb.

Qeyd olunur ki, hökumət üzvlərinə hədiyyə edilən bütün termoslar araşdırma üçün yığılıb və səfirliyə qaytarılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO