Çində tələbələr mühazirələrdə telefona baxa bilməyəcəklər - İzlənəcəklər

Çində tələbələr mühazirələrdə telefona baxa bilməyəcəklər - İzlənəcəklər

Hazırda oxunan: Çində tələbələr mühazirələrdə telefona baxa bilməyəcəklər - İzlənəcəklər
649094
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nankin Universiteti 113 auditoriyada videomüşahidə sisteminin quraşdırılması üçün 31,52 milyon yuan (təxminən 4,7 milyon dollar) xərcləyib. Kameralar tələbələrin dərsə davamiyyətini, gecikmələrini və başlarının vəziyyətini izləyərək mühazirələri nə dərəcədə diqqətlə dinlədiklərini qiymətləndirməlidir. Müəllimlər toplanan məlumatların tələbələrin qiymətlərinə təsir göstərə, hətta onların imtahanlara buraxılmamasına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Bizim.Media xəbər verir ki, sistem tələbələr arasında izlənmə və biometrik məlumatların toplanması ilə bağlı narahatlıqlar səbəbindən narazılıq yaradıb. Tənqid dalğasından sonra universitet başın vəziyyətinin izlənilməsindən imtina edib və icazə olmadan üzlərin tanınmayacağına söz verib.

Ekspertlər qeyd edirlər ki, tələbənin başını aşağı salması mütləq onun diqqətsiz olduğunu göstərmir. Belə ki, tələbə qeydlər apara və ya dərs materiallarını oxuya bilər.

Çində tələbələr mühazirələrdə telefona baxa bilməyəcəklər - İzlənəcəklər - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO