
- A-
- A
- A+
Bakı Dairəvi yolunda ağır qəza – Video
Bu gün saat 13.30 radələrində Bakı Kənar Dairəvi avtomobil yolunun Yasamal rayonu ərazisindən keçən 5-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Elvin Hacıyevin Bizim.Media-ya verdiyi məlumata görə, Cəfərov Şirastan Xıdır oğlunun idarə etdiyi “Lada” markalı 77-PR-028 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan “Scania” markalı 77-JC-661 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində “Lada” markalı avtomobil sürücüsü xəsarət alıb. Faktla bağlı istintaq və təhqiqat şöbəsində araşdırma aparılır və əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Qəzanın nəticəsi aradan qaldırılıb və hərəkətin intensivliyi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































