Ukraynada 19 gündə 90 uşaq ölüb - 100-dən çox yaralı var

Ukraynada 19 gündə 90 uşaq ölüb - 100-dən çox yaralı var

Hazırda oxunan: Ukraynada 19 gündə 90 uşaq ölüb - 100-dən çox yaralı var

64703

Ukraynada Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları başlayandan bəri 90 uşaq ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prokurorluğu məlumat yayıb.

Mənbə qeyd edir ki, bundan başqa 100-dən çox uşaq yaralanıb.

Ölənlərin əksəriyyəti Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumı, Xerson, Nikolayev və Jitomir vilayətlərindəndir.

“Dünən Nikolayevin atəşə tutulması nəticəsində iki uşaq ölüb, daha ikisi yaralanıb. Onlar (rus ordusu nəzərdə tutulur) mülki infrastruktura atəş açıblar”, - deyə prokurorluq vurğulayıb.

Bundan əlavə, bombardman və top atəşləri nəticəsində 380-ə yaxın təhsil müəssisəsi zərər görüb. Onlardan 59-u tamamilə məhv edilib. Ən çox dağıntılar Donetsk bölgəsindədir. Orada 119 təhsil müəssisəsinə ziyan dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO