Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Hazırda oxunan: Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

640786

“Rusiya Qara dənizin qərb hissəsini gəmiçilik üçün tamamilə yararsız vəziyyətə salmağa çalışır”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

Zelenskinin sözlərinə görə, Ukrayna kəşfiyyatı və xüsusi xidmət orqanları Qara dənizdə mülki gəmilərə qarşı növbəti hücumla bağlı bütün məlumatları araşdırır.

O bildirib ki, bu gecə Bolqarıstanın ərazi sularında iki mülki gəmi hücuma məruz qalıb. Gəmilərdən biri batıb, digəri isə ciddi zərər görüb:

“Zərərçəkənlərin hamısına başsağlığı veririk. Ukrayna Müdafiə Qüvvələri dənizin bu ərazisində heç bir əməliyyat keçirməyib. Mülki gəmilərlə bağlı bu növbəti faciə Rusiyanın Qara dənizin qərb hissəsini gəmiçilik üçün tamamilə yararsız hala gətirmək cəhdlərinin davamıdır”.
 

Ukrayna lideri bildirib ki, bütün məlumatlar Bolqarıstan tərəfi ilə dəqiqləşdirilib və Ukrayna Hərbi Dəniz Qüvvələri Bolqarıstanlı həmkarları ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, hadisənin Rusiya tərəfindən dəniz və hava dronlarından istifadə edilməklə həyata keçirilən kombinə edilmiş hücum olduğu müəyyənləşdirilib.


Zelenski Ukrayna Silahlı Qüvvələrinə, Müdafiə Nazirliyinə, kəşfiyyat qurumlarına və digər xidmətlərə tərəfdaşlarla maksimum sıx əməkdaşlıq etmək tapşırığı verdiyini bildirib. Məqsədin həm Ukraynanın, həm də tərəfdaş ölkələrin mülki gəmiləri qorumaq imkanlarını artırmaq olduğu qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO