Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Hazırda oxunan: Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı
639962
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrailin Baş naziri Benyamin Netanyahu “Flydubai” təyyarəsində ikinci pilotu zərərsizləşdirməkdə kömək etmiş bir neçə sərnişini qəbul edib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı onlar sentyabrın 30-da baş verən hadisənin təfərrüatını açıqlayıblar.

Sərnişinlər hadisəni törədən şəxsin onlardan öldürülməsini istədiyini bildiriblər. 

 

“Biz pilota bıçaqla zərbə endirən ikinci pilotun əl-qolunu qulaqlıq naqilləri ilə bağladıq. O, “Məni öldürün” deyə təkrar edirdi, yəni o, ölümü tapşırığı yerinə yetirə bilməməkdən üstün tuturdu”, - Baş nazirin ofisinin şahidlərin sözlərinə istinadən yaydığı bəyanatda deyilir. 

 

Görüşdə iştirak edən şəxslərin adları isə açıqlanmayıb.

Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində ikinci pilot birinci pilota bıçaqla hücum edib.

Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşırma aparılır. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO