Putin canlı yayımda: “Bu pulla yoldaşına hədiyyə alarsan”

Putin canlı yayımda: “Bu pulla yoldaşına hədiyyə alarsan”

Hazırda oxunan: Putin canlı yayımda: “Bu pulla yoldaşına hədiyyə alarsan”
637465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Prezidenti Vladimir Putin Ulyanovsk vilayətinin sakini Viktor Fominə sosial qazlaşdırma çərçivəsində qənaət etdiyi pulla həyat yoldaşına hədiyyə almağı təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Viktor Fominin sözlərinə görə, o və həyat yoldaşı üç il ərzində təbii qazdan istifadə edərək 170.000 rubldan (31000 azn) çox qənaət ediblər. Kişi həmçinin bütün Ulyanovsk vilayətinin sakinləri adından dövlət başçısına regionun pulsuz qazlaşdırılmasına görə təşəkkür edib. 
 

"Qənaət olunmuş həmin pullarla, məncə, siz həyat yoldaşınıza yaxşı bir hədiyyə edəcəksiniz. Mən də buna qoşulmağa hazıram", — deyə Putin video-konfrans formatında sosial qazlaşdırma obyektlərinin açılışı zamanı bildirib.


O, həmçinin Ulyanovsk vilayətindən olan bu cütlüyü qızıl toyları (evliliklərinin 50 illiyi) münasibətilə təbrik edib və onlara hər şeyin ən yaxşısını arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO