Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Hazırda oxunan: Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

631695

Böyük Britaniyanın müdafiə naziri Con Stritinqin telefon nömrəsi internetdə hər kəs üçün açıq girişdə aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, şəbəkədə həmçinin ədliyyə naziri Aleks Norris və Şimali İrlandiya işləri üzrə nazir Kris Brayantın da telefon nömrələri tapılıb. Hər üç nazir məsələ ilə bağlı şərh verməkdən imtina edib.
 

Bundan əvvəl "The Times" qəzeti xakerlərin Britaniya polisinin məlumat bazasını sındırdığı və güc strukturlarının 114 min əməkdaşının şəxsi məlumatlarını darknetdə yerləşdirdiyi barədə məlumat yaymışdı. Kiberbcinayətkarlar Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentlik və Prokurorluq Xidmətinin əməkdaşları barədə məlumatları əldə edə biliblər.


Nəşrin məlumatına görə, kibertəhlükəsizlik insidentinin arxasında Böyük Britaniya Təhsil Nazirliyindən təxminən 600 min məxfi məlumatın oğurlanmasında da adı hallanan "ExfilSquad" qruplaşmasının dayandığı ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO