Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

Hazırda oxunan: Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

630630

Rusiyanın Tümen vilayətində dron hücumu nəticəsində ölkənin ən böyük sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələnib.

Bizim.Media xəbər verir ki, Reuters-in sənaye sahəsindəki üç mənbəyə istinadən yaydığı məlumata görə, söhbət Tobolsk şəhərində yerləşən “Sibur” şirkətinin “ZapSibNeftexim” kompleksindən gedir.

Mənbələrdən biri müəssisənin qeyri-müəyyən müddətə fəaliyyətini dayandırdığını bildirib.

Tümen vilayətinin qubernatoru Aleksandr Moor hücumdan sonra bölgədəki sənaye obyektlərindən birində yanğın baş verdiyini təsdiqləsə də, hansı müəssisənin zərər gördüyünü açıqlamayıb.
 

Müəssisənin fəaliyyəti ilə bağlı fasilələr birja məlumatlarında da əks olunub. Məlumata görə, Tobolskdan karbohidrogen qazının tədarükü üzrə əvvəlki günlərdə sutkada təxminən 4 min ton həcmində satış həyata keçirildiyi halda, çərşənbə axşamı bu məhsul üzrə heç bir həcm təklif edilməyib.


“ZapSibNeftexim” ildə təxminən 6 milyon ton karbohidrogen qazı istehsal edir ki, bu da Rusiyanın ümumi istehsalının təxminən 40 faizini təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO