MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF – “İranın nüvə obyektinə dəfələrlə getmişəm”

MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF – “İranın nüvə obyektinə dəfələrlə getmişəm”

Hazırda oxunan: MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF – “İranın nüvə obyektinə dəfələrlə getmişəm”

630525

İsrailin xarici kəşfiyyat xidməti “MOSSAD”ın sabiq rəhbəri Yossi Kohen keçmişdə İranın Fordo nüvə obyektinə dəfələrlə baş çəkdiyini bildirib.

Bizim.Media "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, Kohen bu barədə Səfəd şəhərində keçirilən Qaliley Forumunda çıxışı zamanı danışıb.

“Mən oranı anlamaq üçün Fordo nüvə obyektini dəfələrlə gəzmişəm”, – Kohen qeyd edib.
Bununla belə, o, səfərlərin nə vaxt baş verdiyini açıqlamayıb.

“Amerikalıların oranı bombalaması bütün arzularımın gerçəkləşməsi idi”, - Kohen ABŞ-ın Fordo obyektinə endirdiyi zərbəyə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Fordo ilə yanaşı, İsfahan və Natanz nüvə obyektləri də 2025-ci ilin iyununda İsrail və İran arasında baş verən 12 günlük müharibə zamanı ABŞ-ın zərbələri nəticəsində ciddi zədələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO