Mark Zukerberq UFC çempionu ilə gölün ortasında MƏŞQ ETDİ - VİDEO

Mark Zukerberq UFC çempionu ilə gölün ortasında MƏŞQ ETDİ - VİDEO

Hazırda oxunan: Mark Zukerberq UFC çempionu ilə gölün ortasında MƏŞQ ETDİ - VİDEO

630374

Mark Zukerberq ötən həftəsonu gölün ortasında, barjanın üzərində peşəkar UFC döyüşçüsü Merab Dvalişvili ilə sərt sparrinq keçirib. TMZ yazır ki, texnologiya milyarderi məşqindən görüntüləri sosial şəbəkədə paylaşıb.

Bizim.Media xəbər verir ki, videoda Zukerberq və Dvalişvilinin əl və ayaq zərbələri ilə intensiv məşq etdiyi görünür.

Görüntülərin ən diqqətçəkən anlarından birində Merab Zukerberqi qaldıraraq aktiv mübarizə zamanı barjanın üzərində daşıyır.
 

Videonun bir hissəsində Zukerberqin həyat yoldaşı Priskilla Çan kayakla barjanın yanından keçir. Zukerberq ona zarafatla izah edir ki, Merab onu köynəyini çıxarmağa məcbur edib ki, “əsl döyüşçü” kimi görünsün.

 

Biznesmen sosial şəbəkədə paylaşımını qısa şəkildə belə şərh edib: “@merab.dvalishvili ilə yenidən barjada. 2-ci raund.”

Məlum olduğu kimi, Meta-nın rəhbəri döyüş sənətlərində heç də yeni deyil. Zukerberq son illərdə UFC ulduzları, o cümlədən Merab Dvalişvili, Aleks Pereyra və digər peşəkarlarla mütəmadi məşq edir. Bundan başqa, o, 2023-cü ildə cüdo-citsu turnirində qızıl medal qazanıb.

Daha əvvəl isə pərəstişkarları Zukerberqin digər texnologiya milyarderi İlon Maskla mümkün “qladiator döyüşünü” geniş müzakirə edirdilər. Döyüşün Romadakı Kolizeydə keçirilməsi planlaşdırılsa da, tərəflər sonda real qarşılaşmaya çıxmayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO