ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi ayrı-ayrı görüşlərin məhsuldar olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşün uğurlu keçdiyini vurğulayaraq, danışıqlar zamanı bir sıra mühüm məsələlərin müzakirə olunduğunu qeyd edib.
"İsrailin Baş naziri Bibi Netanyahu və nümayəndə heyəti ilə birlikdə çox yaxşı görüş keçirdik", – deyə Tramp paylaşımında yazıb.
O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqları da müsbət qiymətləndirərək, görüşün məhsuldar keçdiyini bildirib.
Bizim.Media







































































































