Əfqanıstanın Şərqindəki Paktika əyalətində keçirilən bölgələrarası voleybol turniri zamanı terror aktı törədilib.
Publika.az-ın məlumatına görə, kamikadzenin hücumu zamanı ən azı 45 azarkeş həlak olub, 50 nəfər yaralanıb.
Paktika əyalətinin valisi bildirib ki, intiharçı kütləyə qarışaraq bombanı partladıb. Ölü sayının artacağı istisna edilmir.





































































































