Rusiyada iPhone satışı minimuma endi - FOTO

Rusiyada iPhone satışı minimuma endi - FOTO

Hazırda oxunan: Rusiyada iPhone satışı minimuma endi - FOTO

623390

2026-cı ilin birinci yarısında Rusiyada iPhone satışları ilə bağlı statistik göstəricilər son illərin ən aşağı səviyyəsinə düşüb. Belə ki, ilin ilk altı ayı ərzində ölkədə cəmi 460 min ədəd iPhone satılıb ki, bu da 2022-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Bizim.Media xəbər verir ki, buna baxmayaraq, Apple satışlardan əldə olunan gəlirə görə smartfon bazarında liderliyini qorumaqda davam edir.

Eyni zamanda, bazarda ciddi tendensiya dəyişikliyi müşahidə olunur: istehlakçılar Redmi, Honor, Realme və digər Asiya brendlərinə məxsus cihazlara daha çox maraq göstərirlər.

Ekspertlər iPhone-a olan marağın azalmasını aşağıdakı amillərlə əlaqələndirirlər

Cihazların yüksək satış qiyməti.

Texnika alışı üçün əsas vasitə olan istehlak kreditlərinin bahalaşması.

"AppStore"da ödənişlə bağlı yaranan çətinliklər.

Bir sıra yerli rus tətbiqlərinin mağazadan silinməsi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO