Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) keçmiş rəhbəri Aleksandr Neradko dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
İlkin məlumatlara görə, Neradko xüsusilə böyük miqyaslı dövlət müqavilələri ilə bağlı dələduzluqda şübhəli bilinir. Müstəntiqlər cinayətin mütəşəkkil qrup tərəfindən törədildiyini düşünürlər.
Şübhəlinin və onun ehtimal olunan əlbirlərinin hərəkətləri dövlət büdcəsinə ciddi ziyan vurub. Aleksandr Neradko artıq həbs edilib. O, iki aylıq müddətə istintaq təcridxanasına göndərilib.
Qeyd edək ki, Neradko Rosaviasiyaya 2009-cu ildən 2023-cü ilə qədər rəhbərlik edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:09 / 03.07.2026
Rusiya aviasiyasının keçmiş rəhbəri həbs olundu – VİDEO
Hazırda oxunan: Rusiya aviasiyasının keçmiş rəhbəri həbs olundu – VİDEO
Hazırda oxunan: Rusiya aviasiyasının keçmiş rəhbəri həbs olundu – VİDEO
623091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































