Argentina Prezidenti Xavyer Miley növbəti sərt bəyanatla çıxış edərək, İran rəhbərliyini, HƏMAS və "Hizbullah" qruplaşmalarını yəhudi xalqının tarixdəki ən böyük düşmənləri ilə eyniləşdirib.
Bizim.Media xəbər verir ki, Argentina lideri öz çıxışında bu rejimləri tarixi "şər" anlayışı ilə müqayisə edib:
"Amalek (Tövratda yəhudilərin baş düşməni sayılan qədim qəbilə) sadəcə bir döyüşün personajı deyil. Bu, hər nəsildə yeni bir sima alaraq geri dönən şərin formasıdır. Keçmişdə bu, firon idi. Daha sonra antisemitizmin digər formaları meydana çıxdı və bu proses Holokostla kulminasiya nöqtəsinə çatdı. Bu gün isə həmin şər Tehrandakı rejim, HƏMAS, “Hizbullah” və onları dəstəkləyən şərikli şəbəkədir".
Xavyer Miley hakimiyyətə gəldiyi gündən rəsmi Buenos-Ayresin Yaxın Şərq siyasətində kəskin dönüş edərək İsrailə tam dəstək verdiyini və İrana qarşı sərt mövqe nümayiş etdirdiyini mütəmadi olaraq bəyan edir.
Bizim.Media

































































































