Fransada anomal istilər: Temperatur 40 dərəcəni keçdi

Fransada anomal istilər: Temperatur 40 dərəcəni keçdi

Hazırda oxunan: Fransada anomal istilər: Temperatur 40 dərəcəni keçdi

620530

Fransa 2003-cü ilin yayında qeydə alınan rekord göstəriciləri geridə qoya biləcək anomal isti dalğasına hazırlaşır.

Bizim.Media “El Mundo” qəzetinə istinadla xəbər verir ki, bu barədə Fransanın Milli Meteorologiya Xidmətinin direktoru Sofi Voirin bildirib.

Meteoroloqların proqnozlarına görə, gələn həftənin əvvəlində ölkədə rekord səviyyədə yüksək temperatur müşahidə oluna bilər. Artıq bu həftə sonu Fransanın 60 departamentində narıncı xəbərdarlıq səviyyəsi elan edilib və temperatur 40°C-ni keçib. Bu, yayın əvvəli üçün xarakterik olan normadan 10-15°C yüksəkdir.

Anomal istilər səbəbindən 70-dən çox qatar reysi ləğv edilib, cümə günü 100-dən çox məktəbdə dərslər dayandırılıb və açıq havada keçirilməsi nəzərdə tutulan onlarla tədbir qadağan olunub. Yaranmış vəziyyətlə əlaqədar Fransanın Baş naziri səhiyyə, daxili işlər, nəqliyyat, mədəniyyət və təhsil nazirliklərinin fəaliyyətini əlaqələndirmək üçün nazirliklərarası böhran mərkəzi yaradıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO