“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

Hazırda oxunan: “Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

620108

"Bir vaxtlar ermənilərin Rusiyaya qarşı döyüşmək üçün təlim keçəcəyini təsəvvür etmək belə qeyri-mümkün idi, lakin İrəvanın NATO ilə birgə təlimlərinin arxasında məhz bu tapşırıq dayanır." 

Bizim.Media "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bəyan edib.
 

"Heç kimə sirr deyil ki, bu növ təlimlər zamanı məhz bizim ölkəmiz ehtimal olunan düşmən kimi qəbul edilir. Erməni hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcəklər. Bir vaxtlar bunu təsəvvür etmək belə mümkün deyildi", — deyə diplomat qeyd edib.


Zaxarova əlavə edib ki, Rusiya Federasiyasında çoxlu sayda etnik erməni yaşayır və onlar "ürəklərini iki yerə bölməyəcəklər", Rusiyanı və Ermənistanı isə ümumi tarixi-mədəni məkan hesab edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO