ABŞ-ın Silikon Vadisində süni intellekt (SI) bumu sayəsində qısa müddətdə varlanan yeni nəsil multimilyarderlər arasında qeyri-adi trend yaranıb.
Bizim.Media xəbər verir ki, "Forbes" jurnalının araşdırmasına görə, texnologiya maqnatları yataq otağına keçməzdən əvvəl qrafik prosessorlar (GPU) və bəşəriyyətin gələcəyi barədə bərabərhüquqlu müzakirə apara bilən eskort modellərə astronomik məbləğlər ödəyirlər.
Hazırda ABŞ-da "ağıllı (nerd-first) eskort" adlanan yeni qiymətlər saatlıq 3 500 - 6 000 dollar, günlük isə 23 000 dollara qədər yüksəlib. Keçmiş maliyyə və texnologiya sektoru əməkdaşları olan bu eskort modellər, sosial şəbəkələrdə cəlbedici fotoları ilə yanaşı mürəkkəb texnoloji postlar paylaşaraq "Nvidia" kimi nəhəng korporasiyaların tək magnotlarını özlərinə cəlb edirlər.
Sektor nümayəndələrinin sözlərinə görə, süni intellekt vasitəsilə varlanan rəhbərlər və investorlar çox vaxt adi tanışlıq tətbiqlərindən və ya ruhsuz çat-botlardan bezdikləri üçün canlı ünsiyyət axtarırlar. Görüşlərin böyük hissəsi seksdən daha çox süni intellekt, biohakinq və kriptovalyutalar barədə dərin və uzunmüddətli söhbətlərdən ibarət olur.
Ekspertlər qeyd edirlər ki, gələcəkdə süni intellekt hər yeri bürüdükcə, yüksək intellektli insanlarla canlı ünsiyyət qurmaq ən bahalı lüksə çevriləcək.
Bizim.Media


































































































