ABŞ-la İsrail arasında casusluq İDDİASI ilə bağlı QALMAQAL

ABŞ-la İsrail arasında casusluq İDDİASI ilə bağlı QALMAQAL

Hazırda oxunan: ABŞ-la İsrail arasında casusluq İDDİASI ilə bağlı QALMAQAL

617619

Pentaqon İranla münaqişənin gərginləşməsi fonunda amerikalı rəsmilərə qarşı İsrail tərəfindən casusluq təhlükəsi səviyyəsini maksimuma qaldırıb.

Bizim.Media xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (DIA) məlumatına görə, bu qərar son həftələrdə İsrail kəşfiyyatının adi vaxtdan daha aktiv fəaliyyət göstərməsi və ABŞ-ın İranla bağlı planları barədə məlumat əldə etməyə çalışması qorxusu fonunda qəbul edilib. Mənbələr həmçinin bildiriblər ki, hərbi kəşfiyyat daxili sənəd yayıb və orada İsrailin casusluq və texniki məlumat toplama imkanlarının "kritik səviyyəyə" çatdığı iddia olunur.
 

Qeyd olunur ki, İsrail Prezident Donald Tramp administrasiyasının Yaxın Şərqdəki vəziyyətlə bağlı daxili müzakirələri və qərarları barədə məlumat toplamaq məqsədilə yüksəkvəzifəli amerikalı rəsmilərə diqqətini artırıb.


İsrailin Vaşinqtondakı səfirliyi isə telekanala açıqlamasında ABŞ-a qarşı casusluq iddialarının "tamamilə yalan" olduğunu bəyan edib. Diplomatik missiyanın nümayəndəsi bildirib ki, İsrail ABŞ qurumları, xüsusən də hökumət rəsmiləri barədə kəşfiyyat məlumatları toplamır və ölkəsinin kəşfiyyat səyləri müttəfiqlərinə yox, düşmənlərinə qarşı yönəlib.

Ağ Evdən verilən açıqlamada isə "bu hekayənin tamamilə yalan olduğu və baş verənlərdən xəbərsiz bir şəxsdən qaynaqlandığı" bildirilib. Pentaqon mövzu ilə bağlı şərh verməkdən imtina edib.
 

Amerikalı mənbələrin bildirdiyinə görə, bu vəziyyət ABŞ ilə İsrail arasında İran istiqaməti də daxil olmaqla yüksək səviyyədə davam edən kəşfiyyat məlumatlarının mübadiləsinə çətin ki təsir göstərsin.


Telekanal xatırladır ki, aprelin əvvəlində əldə olunmuş atəşkəs razılaşmasından sonra Tramp münaqişəyə son qoymaq üçün İranla diplomatik razılaşmaya nail olmağa çalışır.

İsrail isə mümkün sazişlərə əməl olunacağına şübhə ilə yanaşır. Vaşinqtonda vurğulanır ki, rəsmi Təl-Əviv Trampın hərbi əməliyyatları bərpa etmək və ya gərginliyi azaltmaq barədə qərar verəcəyini diqqətlə izləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO