Rusiya sərhədində hərbi təlim keçirilir - 4 ölkə qatılıb

Rusiya sərhədində hərbi təlim keçirilir - 4 ölkə qatılıb

Hazırda oxunan: Rusiya sərhədində hərbi təlim keçirilir - 4 ölkə qatılıb
617601
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 1-dən 10-dək Latviyanın Cənubi Kurzeme bölgəsinin Nitsa qəsəbəsində, "Yurmalciems" hərbi aviasiya poliqonunda "Baltic Zenith 2026" beynəlxalq hərbi təlimləri keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərin əsas məqsədi yaxın mənzilli hava hücumundan müdafiə (HHM) mütəxəssislərinin hava hədəflərinə qarşı döyüş atışı vərdişlərini inkişaf etdirmək və təkmilləşdirməkdir.

Manevrlərdə Latviya, Litva, İsveç və Kanada silahlı qüvvələrinin hərbi qulluqçuları iştirak edirlər.

Təlimlər zamanı hərbçilər yaxın mənzilli "RBS-70" və "GROM" daşına bilən zenit-raket komplekslərindən (Daxili HHM sistemləri) istifadə etməklə hava hədəflərinə döyüş atışları yerinə yetirirlər. İsveç hərbçiləri isə həmçinin 40 mm-lik avtomatik toplarla təchiz olunmuş "CV90" piyadanın döyüş maşınlarından da atəş açırlar.
 

"RBS-70" kompleksi mühüm obyektlərin qorunması və döyüş meydanında bölmələrin dəstəklənməsi, "GROM" sistemi isə 5,5 kilometrə qədər məsafədəki hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.


Manevrlər müttəfiqlər arasında qarşılıqlı fəaliyyəti və uyğunluğu gücləndirməyə, habelə birgə tapşırıqların icrası zamanı vahid bölmə kimi fəaliyyət göstərmək bacarığını artırmağa yönəlib.

Tədbirlər çərçivəsində Latviya Hərbi Dəniz Qüvvələri Baltik dənizinin ərazi sularında təhlükəsizliyi təmin edir.

Hava hədəflərinə döyüş atışları iyunun 3-dən 9-dək, əsasən gündüz və axşam saatlarında aparılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hava və dəniz məkanında qapalı zonalar müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO