Mayın 21-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazilərinə "İsgəndər-M" ballistik raketi, həmçinin "Şahid", "Gerbera", "İtalmas" tipli 116 zərbə PUA-sı və "Parodiya" tipli imitator-dronlarla genişmiqyaslı hücum həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Hava hücumunun qarşısının alınmasına Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası, zenit-raket qoşunları, radioelektron mübarizə (REB) və pilotsuz sistemlər bölmələri, eləcə də mobil atəş qrupları cəlb olunub.
İlkin məlumatlara görə, saat 08:30 radələrinə olan vəziyyətə əsasən, ölkənin şimal, cənub və şərq vilayətlərində hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən 109 düşmən PUA-sı vurularaq və ya REB vasitəsilə zərərsizləşdirilərək dəf edilib.
Bununla yanaşı, ballistik raketin və 5 zərbə PUA-sının 5 fərqli lokasiyaya zərbə endirdiyi, həmçinin vurulan dronların qalıqlarının 4 fərqli əraziyə düşdüyü qeydə alınıb. Ukrayna hərbçilərinin verdiyi məlumata görə, bəzi bölgələrdə hava hücumu hələ də davam edir.

Bizim.Media
































































































