Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

Hazırda oxunan: Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından SİLİNDİ

612033

Rusiyanın "Birinci kanal"ının saytından "Zaman göstərəcək" ("Vremya pokajet") proqramının mayın 7-də efirə gedən buraxılışı silinib.

Həmin verilişdə mövcud olmayan "Dağlıq Qarabağ" adlı qurumun adının keçdiyi təhrif edilmiş Azərbaycan xəritəsindən istifadə edilmişdi.

Bizim.Media xəbər verir ki, sözügedən süjet daha əvvəl rəsmi Bakının sərt reaksiyasına səbəb olmuşdu.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, belə xəritənin Rusiya dövlət kanalında nümayiş etdirilməsi ciddi təxribat və yolverilməz siyasi manipulyasiyadır. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO