Ukrayna Rusiyanın iri müdafiə zavodlarından birinə PUA zərbəsi endirdi – VİDEO

Ukrayna Rusiyanın iri müdafiə zavodlarından birinə PUA zərbəsi endirdi – VİDEO

Hazırda oxunan: Ukrayna Rusiyanın iri müdafiə zavodlarından birinə PUA zərbəsi endirdi – VİDEO

610304

Ukrayna PUA-larının Rusiyanın Nijni Novqorod vilayətində yerləşən iri müdafiə müəssisələrindən birini hədəfə aldığı bildirilir.

Bizim.Media xəbər verir ki, hadisə aprelin 30-na keçən gecə Dzerjinsk şəhərində baş verib.

Məlumata görə, pilotsuz uçuş aparatları Sverdlov adına zavoda zərbə endirib. Partlayışlardan sonra Rusiyanın hərbi-sənaye kompleksi üçün strateji əhəmiyyət daşıyan obyektin üzərində tüstü sütunu qalxıb.

Yerli mənbələr zərbədən sonra zavod ərazisində güclü partlayış səslərinin eşidildiyini və yanğın əlamətlərinin müşahidə olunduğunu bildiriblər.

Qeyd olunur ki, Sverdlov adına zavod Rusiyanın ən böyük müdafiə sənayesi müəssisələrindən biri hesab olunur.

Müəssisə hərbi təyinatlı kimyəvi məhsullar, partlayıcı maddələr və sursat istehsalı ilə tanınır.

Rusiya tərəfi hücumun nəticələri və mümkün dağıntılarla bağlı hələlik ətraflı məlumat açıqlamayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO