Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Hazırda oxunan: Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

610017

ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib, eyni zamanda onu Berlinin iqtisadi və digər problemlərində günahlandırıb.

Bizim.Media xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” platformasında yazıb.
 

“Almaniya Kansleri Fridrix Merts İranın nüvə silahına sahib olmasını məqbul hesab edir. O, nədən danışdığını bilmir! Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov götürülərdi. Mən hazırda İrana qarşı digər ölkələrin və ya prezidentlərin çoxdan görməli olduğu tədbirləri görürəm”, - Tramp yazıb.


“Almaniyanın iqtisadi və digər sahələrdə bu qədər pis vəziyyətdə olması təəccüblü deyil!” – deyə ABŞ lideri əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO