“Mütəmadi olaraq Daxili İşlər Nazirliyi və aidiyyəti digər qurumlarla birlikdə məktəblərə reydlər təşkil edilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun bu gün keçirilən brifinqdə qeyd edib.
"Şagird intizam qaydalarında məktəbə gətirilməsi qadağan edilmiş əşyaların məktəbli çantasında tapılması halları ciddi nəzarətə götürülür. Ölkədə fəaliyyət göstərən təxminən 4 min ümumtəhsil müəssisəsində orta hesabla 600 şagirdin təhsil aldığını nəzərə alsaq, müəllimlər və valideynlər də daxil olmaqla hər bir məktəbdə gündəlik olaraq 1000-dən çox insanın qarşılıqlı ünsiyyətdə olduğunu görərik.
Bu miqyas təhsil mühitini zəngin sosial platformaya çevirir, eyni zamanda müəyyən hallarda fikir ayrılıqları və münaqişələrin yaranmasını da qaçılmaz edir. Bununla belə, 1,5 milyondan artıq şagird kontingenti fonunda münaqişələrdə iştirak edənlərin sayı olduqca kiçik bir hissəni təşkil edir.
Cəmiyyətdə daha çox məhz baş vermiş hadisələr görünür və müzakirə olunur. Halbuki hər gün məktəblərdə müəllimlərin, psixoloqların və valideynlərin peşəkar və operativ müdaxiləsi nəticəsində çoxsaylı potensial münaqişələr böyümədən, konstruktiv şəkildə həllini tapır.
Bu baxımdan, təhsil işçilərinin əməyini xüsusi qeyd etmək və onların fəaliyyətinə ictimai dəstəyi gücləndirmək vacibdir. Eyni zamanda, baş vermiş münaqişələrin təkrarlanmaması üçün profilaktik tədbirlərin genişləndirilməsi, psixoloji xidmətlərin gücləndirilməsi və məktəb-valideyn əməkdaşlığının daha da inkişaf etdirilməsi əsas prioritetlərdən biri olaraq qalır" .
Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:39 / 28.04.2026
Şagirdlərin çantalarının yoxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Şagirdlərin çantalarının yoxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Şagirdlərin çantalarının yoxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
609864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































