SON DƏQİQƏ! İrandan Türkiyəyə növbəti raket hücumu - VİDEO

SON DƏQİQƏ! İrandan Türkiyəyə növbəti raket hücumu - VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ! İrandan Türkiyəyə növbəti raket hücumu - VİDEO
600531
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib".

Bizim.Media xəbər verir ki, bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

"Sursatın bəzi qalıqları Qaziantep şəhərində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
 

Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bir daha vurğulanır.


Türkiyənin bu istiqamətdə etdiyi xəbərdarlıqlara riayət olunması hər kəsin maraqlarına uyğundur", - məlumatda bildirilib.

Xatırladaq ki, martın 4-də İrandan buraxıldıqdan sonra Türkiyə hava məkanına istiqamətləndiyi müəyyən edilən ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında qarşılanaraq zərərsizləşdirilib. Raketin qalıqları Türkiyənin Hatay vilayətinə düşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO