NATO daha üç Şərqi Avropa ölkəsində qoşun yerləşdirəcək 

NATO daha üç Şərqi Avropa ölkəsində qoşun yerləşdirəcək 

Hazırda oxunan: NATO daha üç Şərqi Avropa ölkəsində qoşun yerləşdirəcək 

59717

NATO Rumıniya, Slovakiya və Bolqarıstanda çoxmillətli hərbi kontingentlər yerləşdirmək niyyətindədir.  

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” məlumat yayıb. 

Belə ki, Qara dəniz regionunda, xüsusən Rumıniyada döyüş qruplarının yerləşdirilməsi ilə bağlı NATO-nun baş katibi Yens Stoltenberq sözügedən mövzuda təkliflə çıxış edib. 

Rumıniya ilə yanaşı, Slovakiya və Bolqarıstan da NATO-nun çoxmillətli bölmələri üçün yer təmin etməlidir. Fransa və ABŞ yeni təşəbbüs üçün iki təhlükəsiz qoşun mənbəyi kimi göstərilib.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron artıq yanvar ayında bəyan etmişdi ki, NATO qərarı olarsa, ölkəsi məsuliyyəti öz üzərinə götürəcək. 

Qeyd edək ki, indiyədək Alyansın döyüş qrupları yalnız Baltikyanı ölkələrdə - Estoniya, Litva və Latviyada, eləcə də Polşada mövcud olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO