Övladı oğlan olsun deyə başına mismar vurdular - AĞLASIĞMAZ HADİSƏ

Övladı oğlan olsun deyə başına mismar vurdular - AĞLASIĞMAZ HADİSƏ

Hazırda oxunan: Övladı oğlan olsun deyə başına mismar vurdular - AĞLASIĞMAZ HADİSƏ

59576

Pakistanda hamilə bir qadın üç qız övladından sonra oğlan dünyaya gətirmək üçün ağlasığmaz əmələ əl atıb.

Bizim.Media xəbər verir ki, Pakistanda bir qadın başında 5 sm-lik mismar ilə Pişəvər şəhər xəstəxanasına aparılıb.

Üç qız övladı olan ana bətnindəki körpənin qız olacağı təqdirdə ərinin boşanma təhdidləri ilə qarşılaşıb. Çarəsiz qadın yerli türkəçarə təbibə müraciət etmək məcburiyyətində qalıb.

Təbib hamilə qadına övladının oğlan olması üçün başına mismar vurularaq bu zaman dualar oxunması gərəkdiyini bildirib. 

Araşdırmalar zamanı qadın ilk olaraq “özüm vurdum” desə də, təqsirkarın təbib olduğu ortaya çıxıb.

Doktor Hayder Xan: “Buraya gələndə şüuru açıq idi, lakin çox acı çəkirdi. Təbib bətnindəki uşağın qız olduğu USM müayinəsi ilə sübut olunmasına baxmayaraq, oğlan dünyaya gətirə biləcəyini söyləmiş və başına mismar vurub. Xoşbəxtlikdən, mismar zərbəsi beyninə zərər verməyib”.

Mia Quliyeva, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO