Ukraynada 2 azərbaycanlı ömürlük həbs cəzası alıb -  Səfir

Ukraynada 2 azərbaycanlı ömürlük həbs cəzası alıb - Səfir

Hazırda oxunan: Ukraynada 2 azərbaycanlı ömürlük həbs cəzası alıb - Səfir
59122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Ukrayna həbsxanalarnda 160 nəfər azərbaycanlı cəza çəkir. Onlardan ikisi ömürlük həbs cəzasına məhkum edilib”. 

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycanın Ukarynadakı səfiri Eynulla Mədədtli “Qaraba𔝠futbol klubuna dəstək üçün Kiyevdə səfərdə olan jurnalistlərlə görüşündə deyib.

O, bildirib ki, həbsdə olan azərbaycanlılarla səfirliyin nümayəndələri vaxtaşırı görüşür, onlara mənəvi, hüquqi dəstək olurlar.

Səfir Ukrayna həbsxanalarında cəza çəkən azərbaycanlıların törətdikləri cinayət əməllərinin xarakteristikasından da danışıb: “Həmyerlilərimizin törətdiyi cinayətlər daha çox məişət münaqişəsi zəminində baş verir. Biz buna təəssüf edirik”.

E.Mədətli azərbaycanlıların Ukraynada törətdikləri xırda qanun pozuntuları barədə də maraqlı aşıqlama verib. Səfir deyib ki, belə qanun pozuntuları daha çox Ukraynaya müvəqqəti gələn yerlilərimiz tərəfindən törədilir: “Bizə aidiyyatı qurumlardan yüzlərlə müraciət daxil olur ki, məsələn, sizin vətəndaş qadağan olunmuş yerlərdə siqaret çəkir”.

Səfir onu da vurğulayıb ki, Ukrynada yaşayan azərbaycanlılar ictimai məsələlərdə digər xalqların nümayəndələrindən geri qalmır, əsasən də Azərbaycana aid olan işlərdə fəallıq nümayiş etdirirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO