Əfqanıstan sərhədində atışma: 5 Pakistan əsgəri həlak oldu

Əfqanıstan sərhədində atışma: 5 Pakistan əsgəri həlak oldu

Hazırda oxunan: Əfqanıstan sərhədində atışma: 5 Pakistan əsgəri həlak oldu

58971

Pakistan-Əfqanıstan sərhədində qeydə alınan atışma nəticəsində Pakistan ordusunun 5 əsgəri həlak olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı geo.tv nəşri Pakistanın Qurumlararası İctimai Əlaqələr Xidmətinin (ISPR) bəyanatına istinadən yayıb.

Mənbə yazır ki, ölən əsgərlər Kürrəm rayonunda xidmət edirlərmiş.

ISPR cavab atəşi nəticəsində terrorçuların ağır itkilər verdiyini bildirib və Əfqanıstan ərazisindən Pakistana qarşı hücumu pisləyib.

Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhməd Talibana müraciət edərək silahlı toqquşmaların qarşısını almaq üçün öhdəliklərini yerinə yetirməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO