“Total” şefinin ölümündə daha bir müəmma

“Total” şefinin ölümündə daha bir müəmma

Hazırda oxunan: “Total” şefinin ölümündə daha bir müəmma

58922
Vladimir Martınenko “Vnukovo” dispetçerinin göstərişini ciddi şəkildə yerinə yetirib.  
 
Bu sözləri “Total” prezidentinin təyyarəsinin uçduğu zolağa çıxarılan və nəticədə böyük qəzaya səbəb olan qartəmizləyən maşının sürücüsünün vəkili Karabanov deyib. O, bildirib ki, sürücü dispetçerin verdiyi göstərişləri dəqiqliklə yerinə yetirən alətdir. 
 
Sürücü Martınenkonun sözlərinə əsaslanan vəkil qeyd edib ki, həmin anda uçuş-eniş zolağında 5-6 belə maşından ibarət kolon olub. Martınenko 30-40 saniyə maşını dayandırıb, sonra isə kolonu təqib etməyə başlayıb. “Bəlkə də dispetçer kolonun getdiyinə, bir maşının isə azacıq geri qaldığına fikir verməyib”, - deyə vəkil bildirib. 
 
Xatırladaq ki, dünyanın ən iri neft konsernlərindən olan “Total”ın prezidenti Kristof de Marjeri Moskvanın “Vnukovo” hava limanında şəxsi təyyarəsi ilə qəzaya uğrayaraq həlak olub. Baş vermiş faciə ilə əlaqədar həm Rusiyada, həm də Fransada istintaq işi açılıb.(axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO