Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək - FOTO

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək - FOTO

Hazırda oxunan: Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək - FOTO
587821
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ prezidenti Donald Tramp bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb.

Agentliyin yazdığına görə, məhz bu mövzuların müzakirəsi sülh planının əsas bəndləri üzrə ciddi fikir ayrılıqlarına səbəb ola bilər.

Daha əvvəl Volodimir Zelenski bəyan edib ki, Vaşinqtonla Kiyev arasında bir çox məsələlər artıq razılaşdırılıb və sülh planı 90 faiz hazırdır.
 

Lakin Moskvanın bütün Donbasın verilməsi tələbi Rusiya prezidentinin ABŞ və Ukrayna arasında Floridada əldə olunmuş razılaşmaları qəbul edib-etməyəcəyinə dair ciddi şübhələr yaradır.


Yeri gəlmişkən, az öncə Ukrayna və Rusiya arasında Zaporojye Atom Elektrik Stansiyasında (Rusiya tərəfindən 2022-ci ilin mart ayında ələ keçirilmiş) müvəqqəti atəşkəs elan edilib.

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO