Naftalan “Expo 2020 Dubai

Naftalan “Expo 2020 Dubai" beynəlxalq sərgisində - FOTO

Hazırda oxunan: Naftalan “Expo 2020 Dubai" beynəlxalq sərgisində - FOTO

55710

“Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycanın sağlamlıq turizminin mərkəzi sayılan və öz təbii müalicəvi nefti ilə dünyada məşhur olan Naftalan da yer alıb. 

Bizim.Media xəbər verir ki, Beynəlxalq sərgidə Naftalanı təmsil edən “Garabagh Resort & Spa”, “Chinar Hotel & SPA Naftalan”, “Gashalti Health Hotel Naftalan” hotellərinin stendləri və digər vəsaitləri “Azərbaycan” pavilyonunda, Dayanıqlı İnkişaf tematik zonasında yerləşdirilib.

Dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilər ilk dəfə naftalan neftinin nə olduğunu öyrənib və əyani olaraq onun müalicəvi effektivliyindən şəxsən əmin olublar.

Ziyarətçilərə naftalan neftinin müalicəvi xüsusiyyətlərindən, onun təbii komponentlərinin unikallığından danışılıb.

Oynaq, dayaq hərəkət sistemi, dermatoloji, uroloji və digər 70 dən artıq xəstəliklərin Naftalan nefti ilə müalicəsinin mümkünlüyü xüsusi vurğulanıb.

Ziyarətçilərə Naftalan şəhərində şəfaverici nefti ilə müalicə prosedurlarından müasir, dünya standartlarına cavab verən avadanlıqlarla təchiz edilmiş turizm sağlamlıq mərkəzlərində keçə biləcəkləri bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO